Ağardıcı maska

Düyü suyu ilə dərinizi ağardın
Düyü tozu bişməmiş düyülərin üyüdülməsi ilə meydana gəlir. Üyüdülmüş düyülərə süd və ya su əlavə edilərək qatı hala salınır. Bu qarışıq üz maskası kimi istifadə edilir. Düyü suyu isə olduqca dəyərli bir sudur. Bunu hazırlamaq üçün üyüdülmüş düyüyə su qatıb, bir müddət gözləmək lazımıdr.

Düyü tozu dərini necə ağardır?
Düyü çoxlu miqdarda PABA deyilən bir maddə ilə zəngindir. PABA, yəni “para aminobenzoik asid” dərinin günəşdən qorunmasına kömək edir. Bu ferment C vitamini ilə zəngindir və bu da dəriyə yaxşı təsir göstərir.

Düyü suyu eyni zamanda digər 2 günəş qoruyucu maddədən ibarətdir: ferulik asid və allantoin. Ferulik asid antioksidan bir maddədir. Mütəxəssislər  ferulik asidin C və E vitamininə əlavə olunduqda günəş qoruma tutumunun 2 qat artdığı ortaya çıxmışdır. Allantoin isə anti-enflamatuar özəlliyə sahibdir. Allontoin günəş yanıqlarını azaldır və dərinin yaxşı qalmasına kömək edir.

Evdə düyü suyu təmizləyicisi hazırlamaq üçün:
1.Təmiz bir kasanın içərisinə bişməmiş düyüləri qoyun və su əlavə edin.
2.Suyu barmaqlarınızla qarışdırın.
3.Su yavaşca həlim bir hal alacaqdır. Kasadakı suyu başqa təmiz bir kasaya boşaldın.
4.Əldə etdiyiniz düyü suyunu üzünüzə bir neçə dəfə vuraraq yuyun. Daha aydın nəticələr üçün üzünüzü dəsmal ilə qurulamaq yerinə öz-özünə qurumasını gözləyin.

Müəllif: Səbinə
Davamı →

Əlvida çillər

Barbunya çilləri yox edir! 
Yaz aylarında çillər daha da çoxalır. Bu isə qadınlarda xoşagəlməz hisslər yaradır. Bəzi qadınlara yaraşsa və gözəl görünsə də, çoxu çilləri sevmir və bunu yox etmək üçün müxtəlif üsullara əl atırlar. Siz də çillərdən əziyyət çəkir və çirkin görüntü yaratdığını düşnürsünüzsə, yazını diqqətlə oxuyun. 

Üzdəki çillərdən xilas olmaq üçün kosmetik şirkətlər öz məhsullarını nə qədər reklam etsələr də, çillər və ləkələrlə mübarizədə çox zəif nəticə göstərir. Ən çox müraciət edilən üsul isə peelingdir. Onun nəticələri isə məlumdur. Bu, proses erkən yaşlanmaya səbəb olur. Ancaq bu problemini də təbii və bitkilərlə aradan qaldırmaq olar. Çillərin həlli tərəvəzlərdə gizlənib. Barbunya çillər və günəş ləkələrinə böyük təsir edir. 

Hazırlanması:
100 qr ağ barbunyanı gecədən isladın. Səhərisi gün də 1 litr suyun içində qaynadın. Bişdikdən sonra yaxşıca süzün. Əldə etdiyiniz barbunya suyunu 5 gün ərzində çillərə və ləkələrinizə çəkin. Bu məhlulu soyuducuda saxlamaq lazımdır.
Davamı →

Yaz fəslində dəriyə qulluq

Yaz artıq gəlib. Yazın gəlişi tezliklə  geyimlərdə də öz əksini tapacaq. Qısa ətəklər, nazik köynəklər və çimərlik mövsümünün başlaması ilə bağlı yaz, yay aylarına hazırlıq gedir. Həmin geyimlərdə ideal görünmək üçün xanımlar pəhriz saxlayır və dəriyə qulluq edir. Bu isə o deməkdir ki, havaların isinməsi və günəş şüaları öz təsirini dəridə də göstərəcək. 
Dərini günəş şüalarına hazır olub-olmadığını bilmək lazımdır. Əlbəttə ki, dəridəki ləkələri, qara nöqtələri və sızanaqları tonal kremlər və qapadıcılar vasitəsi ilə gizlətmək mümkündür. Lakin xanımlar təkcə kosmetik vasitəslərin köməyi ilə gözəl görünmək istəmir. Hər bir qadın təbii gözəlliyə və təmiz dəriyə sahib olmaq istəyər. 

Dəri hazır deyilsə və problemlər mövcuddursa, hər gün gözəl görünmək üçün makiyaj edib özünü şahzadə kimi hiss etmək mənasızdır. Həm də yaz fəsli canlanma və istirahət fəslidir. Təmiz havada dərinin yaxşı nəfəs alması üçün sadə və az makiyaj etmək məsləhət görülür. Makiyaj dəridəki problemləri gizlətməklə yanaşı, daha ciddi problemlərə yol aça və illərlə davam edə bilər. 

Yaz insan dərisi üçün ən çətin fəsil sayılır. Vitamin çatışmazlığı, havanın mənfi təsiri və bir çox başqa amillər də dərimizə təsir edir. Qışdan yorğun çıxan dərimizin qidalanmaya ehtiyacı var. Dəriyə daxildən, həm də xaricdən qulluq yollarının sadə reseptlərini təqdim edirik. 
Ardı →

Dekolte bölgəsinin gözəlliyi üçün

Boyun dərisi, həmçinin dekolte zonasının dərisi çox incə və həssasdır və tərkibində çox az yağ kisəcikləri var.

Danışmağımız, başımızın hər gün minlərlə hərəkəti və s. nəzərə alsaq boyun dərimiz xeyli əziyyət çəkir. Biz necə? Ona yetərincə diqqət ayırırıqmı?

Təəssüf ki, diqqətimizin böyük hissəsini üz dərimizə ayırdığımız üçün boyun və dekolte zonasını demək olar ki, tamamilə unuduruq.

Boyun dərisinə qulluğun əsas qaydaları:
— Boyun dərisinin çirkini və ölmüş hüceyrələrini təmizləmək üçün müntəzəm olaraq hər axşam yumaq lazımdır. Yaxşı olardı ki, bu məqsədlə adi sabundan deyil, üz dərisinin yuyulması üçün olan köpük və ya digər xüsusi vasitələrdən istifadə olunsun. Dairəvari hərəkətlərlə aşağıdan yuxarıya doğru barmaq uclarınızla sabunlu dərinizi massaj edin.


Ardı →

Sağlam və təmiz dəri

Dərimizin sağlam və gözəl olması bizim gözəlliyimizin ilkin şərtlərindəndir. Dərinin quru olması dərinin vaxtından tez qocalmasına səbəb olur. Bunun üçün sabundan uzaq durmaq lazımdı.
Sabun dərinin qurumasına səbəb olur və bununla da dəri vaxtından tez qocalır və qırışır. Ona görə vacib olmadığı zaman sabundan uzaq durmaq lazımdı.
Gecələr yatmamışdan ən azı 1 saat əvvəl üzünüzdən makiyajı tam olaraq təmizləyib, üzünüzü iliq su ilə yumanız məsləhət görülür. Sonra isə üzünüzə nəmləndirici gecə kremi çəkmək lazımdı. Yatmamışdan əvvək kremi üzünüzdən salfetka ilə silməlisiniz.

Makiyaji dərinizdən silmədən yatmayın. Çünki üzümüzdə qan dövranı gecə vaxtı daha çox olur. Bu vaxtı dərimiz hər şeyi daha çox canına çəkir, yəni dəri üzərində olan makiyaj, gün ərzində dəri üzərinə yığılmış toz, təmizlənmədikdə gecə vaxtı dəriyə hopur. Bu isə dəridəki məsamələrin çirk və tozla dolmasına səbəb olur. Beləliklə, dəridə sızanaqlar və civzələr yaranır. Dəri nəfəs ala bilməyəndə, yəni dəri ona lazım olan oksigeni ala bilməyəndə tez qocalır, yəni elastikliyini itirir və qırışır.

Həmçinin bax: Üz dərisinə gündəlik qulluq 

 


Davamı →